Xəzər Xəbər

Qubada şəhid ailələri və ehtiyacı olan şəxslərə qarşı DƏLƏDUZLUQ VİDEO

Veb TV | 20:50 • 24 Fevral 2024
Qubada şəhid ailələri və ehtiyacı olan şəxslərə qarşı DƏLƏDUZLUQ

Şaiq Həşimov adlı şəxs Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyana vurmaqda şübhəli bilinir.

Xezerxeber.az-ın verdiyi məlumatına əsasən, o, rayon ərazisində qaziləri, şəhid ailələrini problemlərini həll edəcəyi, müalicəyə ehtiyacı olan şəxsləri də türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Quba rayon sakini Təbriz Həsənov deyir ki, illər öncə avtomobil qəzasına düşüb. Şaiq Həşimov ona da sağaldacağı vədini verib.

Şikayətçi Şaiq Həşimovun müəlicə üsullundan da danışıb. Şaiqin yanına başqa şəxslərin də getdiyini, amma heç bir faydasının olmadını qeyd edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Xəzər Xəbər"ə bildirildi ki, daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Haşımov saxlanıb. O, şəhid ailələrinə, qazilərə, əlilliyi olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verib və onlara ümumilikdə 20 min 100 manat ziyan vurub.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə Şaiq Həşimov barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti