Azərbaycan əhalisinin sayı 3000 nəfərdən, yaxud 1000 evdən az olan bələdiyyələr birləşdiriləcək.
Xezerxeber.az xəbər verir ki, bu, parlamentə daxil olan Bələdiyyələrlə bağlı qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanunun qəbulundan sonra hazırda Azərbaycanda mövcud olan bələdiyyələrin təxminən 2/3-i birləşəcək.
Millət vəkili Aqil Məmmədov bildirib ki, bir çox bələdiyyələrin maliyyə-iqtisadi potensialının zəifliyi və fəaliyyətlərinin davam etdirilməsinin mümkünsüzlüyü ölkəmizdə növbəti dəfə bələdiyyələrin birləşdirilməsini şərtləndirir.
Deputat deyib ki, bu il bələdiyyə institutunun yaradılmasından 25 il ötür və bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdən əvvəl bu sahədə ciddi islahatlara ehtiyac var. Aqil Məmmədov bu dəyişikliklərdən sonra gözlənilən nəticə barədə proqnozlarını da səsləndirib.
Millət vəkili əlavə edib ki, hazırda fəaliyyət göstərən 1606 bələdiyyədən çoxu-xüsusilə kiçik bələdiyyələr özü-özlərini maliyyələşdirə bilmirlər. Digər tərəfdən həmin bələdiyyələrin gəlirlərinin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılan dotasiyadan ibarətdir. Bu il də dövlət büdcəsindən ayrılan dotasiya 8 milyon manata çatdırılsa da, yenə bu problem olduğu kimi qalmaqdadır. Ona görə müzakirəsi aparılan məslələr həllinə qovuşduqdan sonra sözügedən problemlər də həll edilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.