Xəzər Xəbər

Bəzi bələdiyyələr ləğv edilir VİDEO

Veb TV | 21:28 • 23 Fevral 2024
Bəzi bələdiyyələr ləğv edilir

Əhali sayı az olan bələdiyyələr birləşdiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

O bildirib ki, Milli Məclisə bələdiyələrlə bağlı yeni qanun layihəsi daxil olub.

Onun sözlərinə görə, layihədə bəzi yaşayış məntəqələri və kəndlərin bələdiyələrinin birləşdirilməsi öz əksini tapıb.

Müzakirə zamanı bildirilib ki, faktiki olaraq bələdiyələr bu gün yerli əhəmiyyətli məsələlərin müstəqil sürətdə həllinə yetərincə nail ola bilmirlər. Üstəlik, bələdiyələrin maliyə imkanları genişləndirilməklə, onlara yerli müəssisələr yaratmaq imkanı da verilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Bəzi millər vəkilləri isə cərimələrin 4 dəfə artırılmasına  etiraz ediblər.

Qeyd edək ki, sabiq ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar