"Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır".
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Nikol Paşinyanın "France 24" telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddiaları şərh edərkən deyib.
Ayxan Hacızadə bildirib ki, Ermənistanın baş nazirinin "Azərbaycan müharibəyə hazırlaşır" iddiası əsassızdır.
Ayxan Hacızadə bildirb ki, Ermənistan bu iddialarla Almaniyanın səylərinə də hörmətsizlik edib.
“Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq”, - deyə Ayxan Hacızadə vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.