Xəzər Xəbər

Beyləqanda erkən nikahın qarşısı alınıb VİDEO

Veb TV | 21:12 • 23 Fevral 2024
Beyləqanda erkən nikahın qarşısı alınıb

Sosial şəbəkələrdə 16 yaşlı qızın 37 yaşlı şəxsə zorla ərə verildiyinə dair görüntülər yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Beyləqanın Qarallar kəndində qeydə alınıb.

İddialara görə, rayon sakini 16 yaşlı yeniyetmə özündən 21 yaş böyük Tərtər rayonu, Sarıcalı kənd sakininə zorla ərə verilib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, azyaşlı və onun valideynləri dərhal Beyləqan Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. Valideynlər ailələr arasında nişan mərasiminin olduğunu deyiblər.  

Qeyd edək ki, hazırda yeniyetmə və ailəsi rəsmi qurumların nəzarəti altında saxlanılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar