Xəzər Xəbər

Kredit borcunu ödəyən şəxsdən əlavə pul tələb edilir VİDEO

Veb TV | 20:06 • 23 Fevral 2024
Kredit borcunu ödəyən şəxsdən əlavə pul tələb edilir

Kredit borcunu tam ödəyən Kürdəmir sakininindən bank pul tələb edir.

Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Kürdəmir sakini Anar Həsənov çıxış edib.

O, 2006-ci ildə rayon ərazində olan “Debüt Kommersiya Bankı” ASC-nin Aran filialından 1500 manat məbləğində ktedit götürüb. Anar Həsənovun sözlərinə görə, tərtib edilən qrafikə uyğun olaraq götürdüyü krediti faizlə birgə tam ödəsə də, bu günüə qədər adında gecikdirilmiş borc və faiz pulu qalmaqdadır.

Anar Həsənov qeyd edir ki, borcla bağlı ona bildiriş gəlmir, amma yenidən kredit götürmək istəyəndə sistemdə borclu kimi görünür.

Məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondundan  “Xəzər Xəbər”ə  bildirilib ki, məhkəmənin 2010-cu il tarixli qərarı ilə "Debüt Kommersiya Bankı" ASC müflis elan edilib. Lakin borcun olmaması haqqında arayış 2011-ci il tarixdə filial müdiri tərəfindən verilib. Ləğv prosesi dövründə Bankın filial müdiri tərəfindən borcun olmaması haqqında arayışın verilməsi qanunsuzdur.

Anar Həsənov  borcun olmaması haqqında aldığı arayışla bağlı keçmiş filial müdiri barəsində hüquq-mühafizə orqanlarına müraciə edə bilər.

“Əlavə edilən ödəniş qəbzindən görünür ki, ödəyənin adı, soyadı və imzası filial müdirinin adı, soyadı və imzası ilə eynidir. Yəni qeyd edilən ödəniş filial müdiri tərəfindən ödənilib və eyni gündə sözügedən arayış tərtib olunub.

Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə borclu Həsənov Anardan bankın xeyrinə 350 manat əsas, 1.079 manat faiz borcu olmaqla, ümumilikdə 1429 manat borc və 30 manat dövlət rüsumunun tutulması qət edilib. Borclu sözügüdən qətnaməni mübahisələndirmək hüququna malikdir. Əks halda həmin qətnamə ilə razılaşmış olur”, - deyə məlumatda qeyd edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti