Onlayn qaydada avtomobil sifariş edən bəzi vətəndaşlar arzuolunmaz sürpirzlərlə qarşılaşırlar. Belə nəqliyyat vasitəsi sahibinə təhvil verildikdən az sonra texniki nasazlıqlar üzə çıxır. Mühərrikdə qısa qapanmalar yaranır. Bəzi hallarda isə avtomobil yanaraq yararsız hala düşür.
Xezerxeber.az xəbər verir ki, müsahib Elsevər İmaməliyev də xaricdən avtomobil gətirib. Ancaq bir müddət sonra elektik naqillərində baş verən qısa qapanma nəqliyyat vasitəsinin alışmasına səbəb olub.
Avtomobil ustası Dəniz Ağabəyli də xaricdən idxal edilən bəzi avtomobillərdə belə problemlərin mövcudluğunu təsdiqləyir. Ustanın sözlərinə görə, həmin ölkələrdə istismara yararsız nəqliyyat vasitələrinin üzərində kosmetik iş aparılaraq saytlara yerləşdirilir və ucuz qiymətə alıcılara təklif olunur.
Dəniz Ağabəylinin sözlərinə görə, xaricdən gətirilən bəzi 2-ci əl avtomobillərdə qısa qapanmalarla yanaşı, digər çatışmazlıqlar da özünü göstərir.
Usta deyir ki, internet üzərindən ucuz avtomobil əldə etmək istəyən şəxslər diqqətli olmalıdırlar. Onlar peşəkar ustalara və ya rəsmi şirkətlərə üz tutmalıdırlar. Əks halda, nəqliyyat vasitəsində təkcə mühərriki işə salmaq üçün ikiqat xərcə düşməli olacaqlar.
Daha ətraflı videomaterialda: