Alman, İngilis, Fransız, Rus və Ərəb dili.... 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır yazır.
Xezerxeber.az xəbər verir ki, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz hələ uşaq vaxtlarından xarici dillərə böyük maraq göstərib. Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur.
Çingiz bildirir ki, bu dilləri öyrənmək üçün sadəcə istək və əzm kifayət edir.
Çingiz hələ 7-8 yaşından ingilis dilində səlist danışmağa başlayıb. Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiadalarında daim fəal iştirak edib.
Müəllimlərin bildiridiyinə görə, Çingizin qeyri adi bacarığı hələ uşaq yaşlarından özünü biruzə verib.
Çingiz ümid edir ki, gələcəkdə dillərini öyrəndiyi ölkələrin hamısına səyahət edə biləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.