''Radar olmasa da ödənişli yolda sürücülər sürət həddinə əməl etməlidirlər''.
Xezerxeber.az xəbər verir ki, bu sözləri avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib. Sədr qəzaların yaşanmaması üçün sürücülərin diqqətli davranmalarını, yol nişanlarına əməl etməli olduqlarını deyib.
Saleh Məmmədov köhnə Bakı-Quba yolunun təmirindən də danışıb. Qeyd edib ki, həmin yolun qubadan gəliş hissəsi tam, bakıdan gediş hissəsi qismən təmir edilib. Yay aylarında geriqalan hissə əsaslı şəkildə yenilənəcək və sürücülər rahat istifadə edə biləcəklər. O hazırda təmir işləri aparılan Muğanlı-İsmayıllı avtomobil yolu barədə də məlumat verib.
Bu arada Murovdağ tunelinin alternativi sayılan Suqovuşan-Ağdərə-Kəlbəcər avtomobil yolunu da hazırda əsaslı şəkildə yenidən qurulur. Ölkə başçısının tapşırığına əsasən antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə 6 yol layihəsi start götürüb.
Ümumilikdə işğaldan azad edilən ərazilərdə 16 layihə nəzərdə tutulub. Ümumilikdə bu ərazilərdə yol işlərinin 2025-ci ilin ortalarına qədər 80%-dən artıq hissəsinin yekunlaşdırılması hədəflənir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.