Səki zəbt edilib, qanunsuz parklanma yaradılıb.
Xezerxeber.az xəbər verir ki, Bakının Yasamal rayon Zivərbəy Əhmədbəyov küçəsindəki səkidən keçən piyadaların hərəkəti çətinləşib. Üstəlik sürücülər maşınları səkidə park etdiklərindən piyadalar yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə çıxırlar.
Avtomobilini səkinin üzərində park edən bəzi sürüclər isə özlərinə belə haqq qazandırır.
Sürücülərin parkinqə görə, pul ödəyirik dediyi şəxsi axtardıq. Lakin onun ərazidə olmadığını dedilər .
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə bildirib ki, sözügedən ünvanda yol boyunca piyada səkisinin tutulması ilə bağlı məsələ nəzarətə götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.