Qara kürünün kiloqramı 1100, qırmızı kürünün isə 80 manatdan başlayır.
Xezerxeber.az xəbər verir ki, uzun illərdir balıq və dəniz məhsullarının satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, kürü ötən illərə nisbətən boldur və qiyməti aşağıdır.
Bazardakı qara kürülər həm yerli istehsal, həm də Çin və Rusiyadan gətirilənlərdir. Qırmızı kürülər isə yalnız idxal edilir. Qiymətlər də növlərə və idxal oldunduğu ölkələrə görə dəyişir.
Bazarda orijinal adı altında satılan saxta kürülər də var. Saxtasını orijinalından ayırmaq isə elə də çətin deyil.
Qiymətlər ötən illərlə müqayisədə ucuz olsa da, satış zəifdir. Elə biz də bazarda olduğumuz 2 saat müddətində kürü almaq istəyənə rast gəlmədik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.