Xəzər Xəbər

Velosipedçilərin təhlükəsizliyi üçün mühüm ADDIM ATILDI VİDEO

Veb TV | 20:30 • 22 Fevral 2024
Velosipedçilərin təhlükəsizliyi üçün mühüm ADDIM ATILDI

Bakıda velosiped zolaqlarını ayırmaq üçün xüsusi baryerlər quraşdırılır.

Xezerxeber.az xəbər verir ki, məqsəd digər nəqliyyat vasitələrinin bu zolağa girişini məhdudlaşdırmaqdır. İlk olaraq Azərbaycan prospektində yerləşən velosiped zolağında baryer quraşdırılıb.

Sakinlər bildirib ki, bu baryerlər nəinki sürücülərin hərəkət zamanı velosiped zolağına çıxmasının, eyni zamanda qısamüddətlik də olsa, maşınların burda parklanmasının da qarşısını alır.

Sakinlərdən buna müsbət yanaşmayanlar da oldu. Bildirildi ki, bu əksinə, tıxacın yaranmasına şərait yarada bilər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə açıqlama verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti