Xəzər Xəbər

Azad olunan ərazilərə kütləvi köç olacaq VAXT AÇIQLANDI/VİDEO

Veb TV | 19:34 • 21 Fevral 2024
Azad olunan ərazilərə kütləvi köç olacaq

İşğaldan azad olunan Xocalı şəhərinə ilk köç gələn ay  reallaşacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat Katibi İbrahim Mirzəyev bildirib. 

O deyib ki, şəhər sakinləri qarşılamaq üçün hazır vəziyyətə gətirilir. Sosial infrastrukturla bağlı məsələlərin həlli üçün lazımi tədbirlər görülür. Onun sözlərinə görə, mart ayında Xocalı şəhərinə 50 ailənin qayıtması planlaşdırılıb. 

Mətbuat katibi qeyd edib ki, Xocalıya digər məcburi köçkünlərin qayıtması mərhələli şəkildə təmin ediləcək. O, köç zamanı hansı ailələrə üstünlük veriləcəyini də açıqlayıb.

Mətbuat katibi onu da əlavbə edib ki, bu il Şuşa, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Laçın rayonunun Sus kəndinə Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin də köçürülməsi də nəzərdə tutulub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar