İşğaldan azad edilmiş ərazilərdə ötən il 1271 yeni iş yeri açılıb.
Xezerxeber.az xəbər verir ki, ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Hesabat dövründə Laçında 625, Şuşada isə 275 yeni iş yeri yaradılıb.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması, orada məskunlaşan əhalinin məşğulluğunun təmin edilməsi aidiyyəti qurumların qarşısında birinci vəzifə olaraq qoyulub.
Deputat bildirib ki, bir neçə istiqamətdə də yeni istehsal müəssisələrinin yaradılması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: