Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 milyon 377 min 200, 2022-ci ildə isə 1 milyon 339 min 900 olub.
Bu isə 1 il ərzində 37 mindən çox azalma deməkdir.
Xezerxeber.az-ın məlumatına görə, ev telefonlarından istifadə edənlərin sayı azalsa da, internet istifadəçilərinin sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-cı ildə 86,7, 2022-ci ildə isə 88,1 təşkil edib.
Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü, səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.
Qeyd edək ki, abonent ev telefonuna görə borcunu ödəmədikdə bağlanmış müqaviləyə 3 ay sonra xitam verilir. Bununla yanaşı, abonentə əlavə 2 ay möhlət hüququ verilir. Bu müddət ərzində də ödəniş olunmasa, umumilikdə 5 aydan sonra müqavilə tamamilə qüvvədən düşmüş sayılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: