Məişətdə taxta mətbəx ləvazimatlarından, iaşə obyektlərində taxta servislərdən istifadə olunur. Ancaq bu avadanlıqların təmizliyi digərlərindən bir qədər fərqli aparılmalıdır.
Xezerxeber.az-ın xəbərinə görə, qida texnoloqu Ağa Salamov deyir ki, bu ləvazimatlardan yanlış istifadə xərçəng hüceyrələrinin yaranmasına zəmin yarada bilər.
İctimai iaşə obyektlərində də bəzi yeməklər taxta qablarda servis olunur. Mütəxəssisin dediyinə görə, bu qablar hər istifadədən sonra xüsusi məhlulla təmizlənməlidir.
Paytaxt restoranlarından birinin inzibatçısı Elvin Fətəliyev də deyir ki, taxta servislərin təmizliyinə xüsusi diqqət olunmalıdır.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, taxta qoxu və ləkələri özünə çəkmək, nəm keçirmək kimi xüsusiyyətlərə malik olduğu üçün bu materialdan istifadə zamanı şəxsi və sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Eyni zamanda, iaşə obyektlərində bu cür ləvazimatların istifadəsinə də mütəmadi nəzarət olunur.
Daha ətraflı videomaterialda: