Son illər Azərbaycanda sınaq imtahanlarında iştirak edən şagirdlərin sayı xeyli artıb.
Xeserxeber.az xəbər verir ki, süsusən abituriyentlər qəbul imtahanından əvvəl bir neçə dəfə sınaq imtahanı verirlər. Bu imtahanlara marağın kütləvi olması zaman keçdikcə qiymətlərin bahalaşmasına da səbəb olub.
Nəticədə bu, şağird və valideynləri narahat edən əsas məsələlərdən birinə çevrilib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, abituriyentlər üçün sınaq imtahanları vacib hesab olunur.
Ekspert Dövlət Imtahan Mərkəzinin sınaq imtahanlarının qiymətlərinin reallığı əks etdirmədiyini qeyd edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə bildirir ki, sınaq imtahanlarının qiymətlərində bahalaşma yoxdur.
Sektor müdirinin sözlərinə görə, sınaq imtahanlarının mütəşəkkülliyini təmin etmək baxımından mərkəz tərəfindən tədbirlər həyata keçirilir.
Daha ətraflı videomaterialda: