Yeraltı tunellər, avto və qatar dayanacaqları, istirahət yerləri, bir sözlə yol infrastrukturuna aid hər nə varsa burda cəmləşir.
Xezerxeber.az xəbər verir ki, söhbət Bərdə-Ağdam-Xankəndi dəmiryolunun maketindən gedir. Rəssam Bayram Əlioğlu deyir ki, Qarabağın əsas nəqliyyat infrastrukturlarından sayılan bu dəmir yolu xəttinin çəkilməsi onun uşaqlıq arzusudur. Elə bu istəyindən yola çıxaraq günlərlə vaxt sərf edib və ümumi uzunluğu 33 m nəzərdə tutulan maketin bir hissəsini yekunlaşdırıb.
Rəssam deyir ki, maket üzərində Bərdə stansiyasının hazırlanması başa çatıb, növbəti mərhələdə Küçərli, Təzəkənd, Ağdam və nəhayət Xankəndi stansiyaları qurulacaq.
Bayram Əli oğlu Birinci, oğlu isə İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Rəssam bildirir ki, maketin hazırlanma ideyası elə 44 günlük Vətən Müharibəsi bitəndən dərhal sonra yaranıb.
Rəssamın ən böyük arzusu isə Bakı-Xankəndi qatar xətti lə yola çıxaraq, işğaldan azad edilən rayonlarımızda öz əsərlərini sərgiləməkdir.
Daha ətraflı videomaterialda: