Ötən il baş verən yol-nəqliyyat hadisələrinin 1,9 faizi velosipedçilərin iştirakı ilə qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, həmin yol-nəqliyyat hadisələrində 16 nəfərin ölməsi, 14 nəfərində xəsarət alması bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai işlər üzrə rəis Toğrul Nəsirli bildirib ki, velosipedçilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir.
Ekpertlər isə bildirir ki, velosipedçilərlə bağlı qanunda da boşluqlar var. Məsələn, velosipedin sazlığı ilə bağlı tələblərin nələrdən ibarət olması, velosiped zolağı və yolu anlayışları yoxdur. Lakin velosiped sürücülərinin təhlükəsizlik məqsədilə bilməli olduqları qaydaları da var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.