45 gün xəbər alınmayan ərlə-arvadın meyiti yaşadıqları evdən aşkar edilib.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu 1-ci Alatava kimi tanınan ərazidə baş verib. Yaxınları 54 yaşlı Aidə Ulaşdan xəbər ala bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Pəncərəni qıran xilasedicilər mənzilə daxil olublar. Onlar Aidə Ulaş və onun Türkiyə vətəndaşı olan həyat yoldaşı 74 yaşlı Mehmet Ulaşın meyitlərini aşkar ediblər.
Məlumatlarta görə, qadınla kişi ən sonuncu dəfə yanvar ayının 3-də yaxınları ilə votsap vasitəsi ilə mesajlaşıblar. Fakta bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Ərlə arvadın ölümünün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.