Xəzər Xəbər

Utilizasiya haqqının üzərinə “ƏDV” gəlir? – İddialara RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:25 • 10 Fevral 2024
Utilizasiya haqqının üzərinə “ƏDV” gəlir? – İddialara RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, ölkə ərazisinə gətirilən və istehsal ili 4 ildən artıq olan maşınlara görə, utilizasiya haqqı alınır.

Bəs utilizasiya məbləğindən başqa, əlavə dəyər vergisinin də tələb edillməsi qanunidirmi?

Xezerxeber.az xəbər verir ki, qaydalara əsasən, ölkəyə idxal edilən bəzi avtomobillərə görə, gömrük rəsmiləşdirilməsi zamanı istehsal ilindən asılı olaraq 400 və 700 manat utilizasiya haqqı alınır.

Bəzi sosial şəbəkələrdə, xüsusilə avtomobil qruplarında utilzasiya haqqına görə alınan pulun təkcə bununla bitmədiyi deyilir.

Bəzi istifadəçilər gömrükdə həmçinin 400 və 700 manat olan utilizasiya məbləğinin üzərinə 18%-lik əlavə dəyər vergisinin də gəldiyi yazırlar.

Başqa sözlə, qeyd edilir ki, əgər avtomobilinizin istehsal il 4-7 ildirsə, siz 400 manat deyil, ƏDV ilə birlikdə 472 manat, 7 ildən çoxdursa, 700 manat deyil, ədv ilə birlikdə 826 manat pul ödəməlisiz.

Bəs bu iddialar nə qədər doğrudur?

Gömrükdə utilzasiya haqqına görə, ƏDV də alınırmı?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar