Xəzər Xəbər

Yasamalda bir qrup sakin günün işıqlı vaxtında belə başlarını bayıra çıxarmağa EHTİYAT EDİR VİDEO

Veb TV | 20:50 • 10 Fevral 2024
Yasamalda bir qrup sakin günün işıqlı vaxtında belə başlarını bayıra çıxarmağa EHTİYAT EDİR

Yaşayış binasının fasadı qopub yerə tökülür.

Xezerxeber.az xəbər verir ki, 2006-cı ildə sakinlərə təhvil verilən çoxmərtəbəli bina indi onların kabusuna çevrilib.

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yaşayan sakinlər iddia edir ki, "Zaman - İ" MTK  tərəfindən tikilən binaya görə hər ay vaxtlı vaxtında  kommunal xidmət haqqı ödənilib. Buna baxmayaraq binanın fasadı üçün heç bir tədbir görülmür.Binanın fasadı qoparaq ətrafa tökülür. Bu da həmin ərazidə park edilmiş avtomobillərə ciddi ziyan vurur. Daş parçaları hissə-hissə qoparaq oradan keçən sakinlərin üzərinə də düşür.

Sakin Anar İsmayılov deyir ki, iki ildir bina sakinlərinin MTK rəhbərliyinə dəfələrlə  müraciət etmələrinə baxmayaraq onların səsinə səs verən yoxdur:

Sakinlərin şikayətlərinə aydınlıq gətirərkən məlum oldu ki, "Zaman İ" binanı 2006 ildə başqa MTK-ya təhvil verib. Bildirildi ki,buna görə də şirkət sakinlərin təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımır.

Hazırda  binanın idarəçiliyini  həyata keçirən "Sipark" MTK-dan isə bildirildi ki, bu  problem komendantla sakinlər arasında həll edilməldir.

Binanın komendantı ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, istismarda olan binaların texniki müayinəsi üçün MTK nazirliyə müraciət etməlidir. Əks halda təhlükəsizliyə görə nazirlik birbaşa məsuliyyət daşımır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Qadın futbolunda yenilik edilir
18:14 • 30 Oktyabr 2024