Ermənistanın "durbin diplomatiyasi" davam edir.
Xezerxeber.az xəbər verir ki, bu dəfə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter Avstriyanın bu ölkədəki səfiri Tomas Mühlmanla görüşüb və Azərbaycanla sərhədə gedib, ərazilərimizi durbinlə izləyib. Bu tendensiya getdikə genişlənir. Hökumət nümayəndələri mütəmadi olaraq Ermənistanda akkreditə olunmuş diplomatları, Aİ ölkələrindən olan rəsmiləri, eləcədə digər xarici qonaqları sərhədə aparırlar.
2-ci Qarabağ müharibəsindən əvvəl Ermənistana səfər edən digər ölkələrin rəsmilərinin qondarma “erməni soyqırım”ı abidəsini ziyarət etmələri və önünə əklil qoymaları məcburi dövlət protokoluna daxil idi. Görünən odur ki, rəsmi İrəvan Azərbaycanı durbinlə izləməyi də qonaqların qarşısında öhdəlik kimi qoyub.
Maraqlıdır, qonaqlar sərhəddən durbinlə baxdıqları zaman nə görürlər və ya nəyi görməyə çalışırlar?
Bu durbin şousu nəyə hesablanıb və effekt verə bilərmi ?
Hərbi ekspert Üzeyir Cəfərovun məsələyə aydınlıq gətirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.