Xəbər verdiyimiz kimi, 2024-25-ci il tədris ilində Xankəndində yerləşən Qarabağ universitetində təxminən 1000-ə yaxın tələbə təhsil ala biləcək. Artıq ali məktəbdə tədris ediləcək ixtisaslar üzrə qəbul planı hazırlanır.
Elm və Təhsil Nazirinin müavini İdris Musayev təbələrin ödənişli yoxsa ödənişsiz əsaslarla təhsil alacaqları ilə bağlı məsələyə aydınlıq gətirib.
İxtisaslar dövrün tələblərinə uyğun müəyyən edilib.
Növbəti illərdə ixtisasların sayı daha da artırılacaq. Nazir müavini əlavə edib ki, gələcəkdə burada magistr və doktrantura pilləsi üzrə də təhsil almaq mümkün olacaq
Ümumilikdə Qarabağ universitetində gələcəkdə tələbələrin sayının 10 min nəfərdən artıq olacağı planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: