Dağılmış evlər yenidən tikilir, bəziləri isə əsaslı təmir olunur.
Xezerxeber.az xəbər verir ki, Xocalıda tikinti quruculuq işləri gedir, həyat canlanır. Görülən işlər nəticəsində rayon yeni görkəm alır.
İş icraçısı Mais Quliyev bildirib ki, hazırda layihə əsasında fərdi evlər tikilir. İşçi qüvvəsi də kifayət qədərdir. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür.
Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb. Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: