Xəzər Xəbər

6 yaşlı uşağın qızılcadan ölümünə səbəb həkim səhlənkarlığı olub – ŞOK İDDİA VİDEO

Veb TV | 21:15 • 8 Fevral 2024
6 yaşlı uşağın qızılcadan ölümünə səbəb həkim səhlənkarlığı olub – ŞOK İDDİA

Xəbər verdiyimiz kimi, Astarada 6 yaşlı uşaq qızılcadan  ölüb.

Rayonun Maşxan kənd sakini 6 yaşlı Yusif  Əliyevin yaxınları bildirib ki, uşaqda 4 gün imiş ki, hərarət olub.

Onlar azyaşlının ölümündə həkimləri günahlandırır.

Astara rayon Mərkəzi xəstəxanasının direktoru Oktay Əmənullayev bildirib ki, xəstə  5 Fevral tarixində valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə, ambulator müalicəyə göndərilib. Valideynləri sonradan yenidən müraciət edib.

O, da qeyd edilib ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar