Qaraçuxur qəbristanlığının baxımsızlığı yaxınlarını burda dəfn edənlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın xəbərinə görə, Durdanə Əliyeva deyir ki, bu qəbristanlıqda 2001-ci ildə onun qızı dəfn olunub. Odur ki, buranı daimi ziyarət edir. Amma hər dəfə gələndə də narazı qalır.
Şikayətçi məzarların nəzarətsiz qaldığını deyir.
Qəbristanlıqdakı məzarlardan birinin sahibi olduğunu bildirən şəxs isə günahı elə məzar sahiblərində gördü.
Məzalığa nəzarət edən şəxs isə bildirdi ki, ərazi çox böyükdür, burada təxminən 20 minə yaxın qəbir var. O da deyir ki, ərazini zibilləyən bura gələn ziyarətçilərin özləridir.
Məsələyə Qaraçuxur Bələdiyyəsindən "Xəzər Xəbər"ə aydınlıq gətirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: