Azərbaycanda İslam bankçılığı sistemi yaradılacaq.
Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" təsdiq olunub. Sözügedən sənəddə İslam bankçılığının inkişafı öz əksini tapıb.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, İslam bankçılığı vətəndaşların marağına səbəb olacaq.
Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür.
Borca görə dəbbə pulu hesablanmır.
Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur.
Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: