Gəncənin 5-ci mikrorayon yaşayış massivində yüzlərlə sakini olan bu küçədə yollar aylardır ki, qurumur.
Xezerxeber.az xəbər verir ki, kanalizasya quyularından daşan sular yolu yararsız vəziyyətə salıb.
Daşan çirkab sularının yaratdığı problem təkcə yola ziyan vurmaqla yekunlaşmır.
Mövcud problem ərazi üzrə fəaliyyət göstərən ictimai nəqliyyatın sürücülərini də narahat edir. Aidiyyəti qurumlardan birinin - Gəncə Şəhər Sukanal İdarəsinin əməkdaşları isə çəkiliş apardığımız zaman əraziyə gəldilər.
Qeyd edək ki, hazırda Gəncədə su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi davam etdirilir. İşlər başa çatdırıldıqdan sonra sözügedən ərazidə də yolların təmiri nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: