Seçkilərlə bağlı proseslər ümumilikdə 14 gün ərzində yekunlaşmalıdır.
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, seçkidən sonrakı 48 saat ərzində dairə seçki komissiyaları müvafiq sənədlərini protokollarla birlikdə MSK-ya təqdim etməlidir.
Bunu MSK-nın katibi Mikayıl Rəhimov deyib.
Onun sözlərinə görə, seçkidən keçən 4 gün ərzində MSK protokolları araşdırır o cümlədən seçki ilə bağlı hansısa ərizə şikayət və ya müraciətlər varsa onları qiymətləndirir və araşdırmaya göndərir.
MSK rəsmisi bildirib ki, 14 gün ərzində bu proseslərə yekun vurulmalıdır. Əgər, əlavə şikayətlər olarsa o zaman bu proses uzana bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: