Xəzər Xəbər

Toy xərcini necə azaltmaq olar? VİDEO

Veb TV | 12:12 • 8 Fevral 2024
Toy xərcini necə azaltmaq olar?

Toy mərasimlərində bahalı libaslar, cürbəcür təamlar və maşın-maşın xonçalardan istifadə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu və daha artıq adət edilən, amma əksəriyyəti adət-ənənə sayılmayan xərclər edilir.

Bunlar Azərbaycan toylarının ayrılmaz hissəsidir.

Bəs əlavə xərclərə ehtiyac varmı?

Sorğumuzda iştirak edən vətəndaşlar ənənə halını alan bəzi adətlərin əlavə xərc olduğunu düşünürlər.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, insanlar çox vaxt toylarla bağlı israfçılıqdan, qiymət artımından gileylənsələr də, amma dəbdəbəli mərasimlərdən də vaz keçmirlər.

Onun sözlərinə görə, gəlirləri planlaşdırdığı dəbdəbəli toy mərasimləri ilə uyğun gəlməyən insanlar nəticədə kredit götürmək məcburiyyətinddə qalırlar.

Müsahibimizin fikrincə, bu məsələ yalnız ictimai nəzarətlə tənzimlənə bilər. Məsələn, zəngin insanlar sadə toy mərasimləri keçirərək insanları buna təşviq edə bilərlər. Sosioloq onu da qeyd edib ki, xaricdə təşkil olunan dəbdəbədən uzaq toylar da bu məsələdə ölkəmizin vətəndaşları üçün nümunə ola bilər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar