Azərbaycanda keçirilən Prezident seçkiləri zamanı məntəqə sədri vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə 54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının 33 saylı məntəqəsində baş verib.
Sözügedən məntəqənin sədri Kəmalə Əsgərovanın səhhəti qəfil pisləşib. 63 yaşlı qadın dərhal təcili yardım avtomobili ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Seçki günü dünyasını dəyişən məntəqə sədri, həm də 14 saylı körpələr evi-uşaq bağçasının müdiri olub.
O, 2 övlad anasıdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: