Səhhəti ilə əlaqədar stasionar müalicə alan seçicilər Azərbaycanda keçirilən Prezident seçkilərində səs veriblər.
Xezerxeber.az-ın məlumatına görə, onlar üçün Kliniki Tibbi Mərkəzdə səyyar seçki məntəqəsi yaradılıb.
Burada, yəni 22 saylı Nəsimi seçki dairəsinin 46-cı məntəqəsində səs verənlər bildiriblər ki, xəstəxanada olmaq səsvermə hüququndan istifadə üçün əngəl deyil.
Bu məntəqəyə də şəffaflığın qorunması üçün müşahidəçilər dəvət edilib.
Məntəqədə gün ərzində 250-dən çox seçici səs verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: