Xəzər Xəbər

Onlar ilk dəfə səsvermə hüquqlarından istifadə etdilər VİDEO

Veb TV | 21:07 • 7 Fevral 2024
Onlar ilk dəfə səsvermə hüquqlarından istifadə etdilər

Azərbaycanda keçirilən Prezident seçkilərində bu gün 18 yaşı tamam olan gənclər də öz səsvermə hüquqlarından istifadə ediblər.

Xezerxeber.az-ın məlumatına görə, seçki günündə 18 yaşı tamam olanlar ilk dəfə səs verənlərdir.

Müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü və suverənliyini tam bərpa etmiş Azərbaycanda növbədənkənar Prezident seçkiləri günündə İsmayıllının Topçu kənd sakini Əsmər Quliyevanın 18 yaşı tamam olub. O, ilk səsvermə həyəcanını yaşayıb.

Fevralın 7-si 2006-cı ildə anadan olmuş Salyan sakini İmran Məlikov da bu gün ilk səsvermənin həyacanını yaşayıb.

O deyib ki, onun üçün bu gün ikiqat bayramdır.

Adını siayhıda tapıb səsvermədə iştirak edən seçiciyə məntəqə sədri tədəfindən hədiyə verilib.

Gəncə sakini Xədicə Əliyevanın isə 18 yaşı 1 il əvvəl tamam olsa da, o, ilk dəfə səs verənlərdəndir. Gənc seçici bildirib ki, səsvermə hüququndan ilk dəfə məhz növbədənkənar Prezident seçkilərində istifadə etməsi onun üçün də əlamətdar və yaddaqalan hadisədir.     

Mərkəzi Seçki Komissiyasının mülumatına əsasən, fevralın 7-də, Prezident seçkiləri günü 228 şəxsin 18 yaşı tamam olur. Onlar məhz seçki günü səsvermə hüququ əldə ediblər. Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı isə 407 mindən yuxarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar