Azərbaycanda keçirilən Prezident seçkilərində yaşlı insanlar da öz səsvermə hüquqlarından istifadə ediblər.
Xezerxeber.az-ın məlumatına görə, 100 yaşlı İsmayıl baba, 104 yaşlı Zeynəb nənə və 124 yaşlı Barı nənə seçkilərdə səs veriblər.
100 yaşlı İsmayıl Əhmədov arxasınca göndərilən maşınla seçki məntəqəsinə gəlib. Məntəqədə hər kəs onu alqışla qarşılayıb.
Bütün qaydalara tam əməl edən İsmayıl baba, səsini verib, seçdiyi namizədin adını də açıqlayıb.
Yevlaxın Nərmanabad kəndində yaşayan Zeynəb İsmayılovanın səs verməsi üçün isə evinə daşınan seçki qutusu aparılıb.
Ağdaşın ən qocaman seçicisi isə 124 yaşlı Barı Nəbiyeva olub. Onun üçün də mənzilinə daşınan seçki qutusu aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: