Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Xezerxeber.az-ın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsidir.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov seçkilər ilə bağlı daha ətraflı açıqlama verib.
12:55
Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Xezerxeber.az-ın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 54.67 % olub.
Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.
Qeyd edək ki, prezident seçkilərində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.