Sənədi var, amma özü yox.
Xezerxeber.az xəbər verir ki, söhbət illlər əvvəl satılan qarajdan gedir.
Paytaxt sakini Mübariz Əliyev deyir ki, 2018-ci ildə Nizami rayonu Şirin Mirzəyev küçəsində ''Vesta Construction'' şirkətinin inşa etdiyi çoxmərtəbəli binadan həm mənzil, həm də qaraj alıb. Mənzildə problem olmasa da Mübariz Əliyev iddia edir ki, tikinti şirkəti qarajı ona təhvil vermir.
Mübariz Əliyevə məxsus olan qarajda başqa şəxslər avtomobillərini saxlayırlar. O iddia edir ki, şirkət ona məxsus qarajı binada yaşayan başqa şəxslərə icarə əsasında verib.
Çəkiliş vaxtı adıçəkilən tikinti şirkətinin nümayəndəsi də əraziyə gəldi. Vətəndaşın 5 ildir üzləşdiyi problem yerindəcə həll olundu.
Şirkətin nümayəndəsi onu da əlavə etdi ki, binanın qarajında müəyyən işlər və kanalizasiya xətlərinin çəkilməsi işləri ötən gün yekunlaşıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: