Xəzər Xəbər

Sakinlər binanın zirzəmisinə yığılıb qalan çirkab sularından ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 21:45 • 6 Fevral 2024
Sakinlər binanın zirzəmisinə yığılıb qalan çirkab sularından ŞİKAYƏTÇİDİR

Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub.

Xezerxeber.az xəbər verir ki, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır.

46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur.

Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir.

Məsələ ilə bağlı Lənkəran Su-kanal Sahəsinin rəisi Asif Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, binanın zirzəmisinə çirkli sularla yanaşı qurunt suları da axır. Qurunt suları zirzəmidən xüsusi texnikalarla çəkildikdən sonra qəzalı su boruları tam bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti