Xəzər Xəbər

Bir il əvvəl bu gün - ƏSRİN FACİƏSİ VİDEO

Veb TV | 21:15 • 6 Fevral 2024
Bir il əvvəl bu gün - ƏSRİN FACİƏSİ

Bir il əvvəl bu gün, Türkiyə üçün əsrin faciəsi baş verdi.

Xezerxeber.az xatırladır ki, Kahramanmaraş şəhərində baş vermiş 7,6 maqnituda gücündə zəlzələ qardaş ölkənin növbəti sınağı oldu. Dəhşətli təbii fəlakət nəticəsində təxminən 60 min nəfər həlak oldu.

Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.

Ölkəmiz ilk gündən axtarış-xilasetmə məqsədilə Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərdi.

Həmin xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərildi. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq etdi.

Millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan bu gün də qardaş Türkiyəyə dəstəyini əsirgəmir. Kahramanmaraş vilayətində inşa olunan Azərbaycan yaşayış məhəlləsi də buna nümunədir.

Onun sözlərinə görə, iki qardaş dövlət bu sınaqdan da alnıaçıq, üzüağ və həm də daha güclü çıxdı. Azərbaycanın Türkiyəyə verdiyi dəstək növbəti mərhələdə Türk dövlətləri arasında inteqrasiyasının güclənməsinə də töhfə verdi.

Azərbaycan XİN-nin məlumatına görə, təkcə zəlzələdən sonrakı 15 gün ərzində qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti