Su borusu partlayıb, küçədə hərəkət çətinləşib.
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu Gülüstan qəsəbəsindəndir. Qəsəbədəki içməli su xətti partlayıb.
Sakinlərin sözünə görə, 5 gündür ki, borunun ətrafını bu cür su basıb və nəticədə də həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.
Sakinlər bildirir ki, ərazidəki su xəttində bu cür qəzalar tez-tez baş verir.
Məsələyə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən aydınlıq gətirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: