Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.
Valideynləri narahat edən bu məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Zenfira Sevdimalı “Xəzər Xəbər”ə açıqlama verib.
Onun sözlərinə görə, mübadilə vərəqəsi uşaqların doğuşdan etibarən keçirtdiyi xəstəliklər və peyvəndlərini özündə əks etdirən sənəddir. Agentliyin məsləhətçisi uşağına peyvənddən imtina etmiş valideylərlə bağlı sualı da cavablanbdırdı.
Bildirildi ki, yuxarıda sadalanan sənədlərdən biri olmadıqda, uşağın bağçaya qəbulu mümkünsüzdür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: