İmişlidə klinikaların birindən oğurluq edilib.
Xezerxeber.az xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş ceyhun salahov saxlanıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, hadisə fevralın 1-də baş verib. Ceyhun Salahov olanları belə nəql edir.
O, həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb. faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qubada isə avtomobillərdən oğurluq edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli qismində Xaçmaz rayon sakin Elvin Məmmədov yaxalanıb. Həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurladığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: