Attestatla universitetə qəbul olmayanlar xaricdə təhsil alandan sonra işə qəbul edilir.
Xezerxeber.az-ın məlumatına görə, hər il onminlərlə gənc ali təhsil almaq üçün xaricə üz tutur.
Özü də bu təhsil ocaqlarına attestatla qəbul olunurlar. Azərbaycanda attestatla ali məktəblərə qəbul olmayan gənclər sonradan başqa ölkələrin universitetlərinə attestatla qəbul olaraq təhsillərini başa vurub geri qayıdırlar. Onlar burada özlərinə iş taparaq əmək fəaliyyəti ilə məşğul olurlar. O zaman belə bir sual yaranır: Bu gənclər üçün ölkədə belə bir şərait yaradıla bilərmi?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, son dövrlər informasiya texnologiyalarının, şagirdlərin elmi biliklərə yiyələnmə marağının, istiqamətinin dəyişməsi qəbul imtahanlarının formatında ciddi dəyişikliyi zəruri edir. Məlumata görə, hazırda 45 min azərbaycanlı gənc imtahan vermədən attestatla xarici ölkələrdə təhsil alır.
Paytaxt sakinlərinin isə məsələyə yanaşması birmənalı deyil.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, Azərbaycanda tək attestatla ali məktəblərə qəbul mümkün deyil. Abituriyent qəbul imtahanında müəyyən bal topladığı təqdirdə ali məktəbə qəbul ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: