Bakının Suraxanı rayonunda yerləşən Zığ gölündə antisanitar vəziyyət yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, gölün Xəzər dənizinə çıxışı bağlanıb, ətrafına və içərisinə müxtəlif tullantılar atılır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Zığ gölünün ətrafı abadlaşdırılacaq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, artıq bununla bağlı layihə də hazırlanıb və təhlil mərhələsindədir.
Yekun qərar verildikdən sonra işlərə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: