Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
1.1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan bu addımla yeni pensiya artımları üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, sərəncəm bütün pensiyaçılara şamil olunur.
Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Anar Kərimov bildirib ki, artım bu ay elan olunsa da, pensiyaçılar yanvar ayının arıtmını da əldə edə biləcəklər.
Nazir müavini qeyd edib ki, artım xidmət sahəsindən asılı olmayaraq bütün pensiyaçıları əhatə edir.
Qeyd edək ki, bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Misal üçün, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: