Ermənistan işğal dövründə Azərbaycanın ərazilərinə hərbi texnika əleyhinə müxtəlif növ minalar basdırmaqla kifayətlənməyib. Həmin yerlərə piyada əleyhinə saysız-hesabsız ölüm toxumları da səpilib. Məqsəd mülki əhalini də hədəfə almaq olub.
Xezerxeber.az-ın məlumatına görə, Qarabağa gətirilən minalar Ermənistanda yerləşən mina zavodunda istehsal olunub.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyir ki, ölkədə mina qurbanlarının sayı artmaqda davam edir. 30 il susan bəzi beynəlxalq təşkilatlar bu məsəldə də Ermənistana ciddi təzyiq göstərmir. Ermənistan Vətən müharibəsindən sonra da mina terrorunda əl çəkməyib.
Hafiz Səfixanov bildirib ki, monitorinqlərin nəticəsinə əsasən, ötən ilin noyabr ayında piyada əleyhinə minaların qadağan olunması kampaniyası çərçivəsində Ermənistanın mina istehsal edilən ölkə kimi tanınmasına nail olunub. Cenevrədə keçirilən konfarns zamanı iştirakçı öklələrə hesabat təqdim edilib.
Hafiz Səfixanov qeyd edib ki, 1997-ci ildə piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair BMT konvensiyası imzalanıb. Bu sənədə dünyanın 164 ölkəsi qoşulub ki, siyahıda Ermənistanın adı yoxdur. Onun sözlərinə görə, Ermənistan mina istehsalını davam etdirmək üçün Konvensiyaya imza atmaqdan boyun qaçırıb. Nəticəsi isə göz qabağındadır.
Hafiz Səfixanov əlavə edib ki, Ermənistan mina zavodu ilə bağlı sənədləri bilərəkdən məxfi saxlayır. Səbəb odur ki, oradakı mina istehsalı ilə bağlı məlumatları əldə etmək mümkün olmasın.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: