Şadlıq saraylarında rezervasiyalar əvvəlki illərə nisbətən azalıb.
Xezerxeber.az xəbər verir ki, hər il Ramazan ayı başlamamışdan əvvəl bir çox restoranlarda toy etmək üçün yer tapmaq çətin olurdu. Lakin bu il tamamilə fərqlidir.
Restoran inzibatçıları deyir ki, müştəri sayında 40 faizə qədər azalma var.
İnzibatçıların sözünə görə, menyu qiymətlərində hələ ki artım yoxdur. Amma bahalaşma bu formada davam edərsə, qiymət dəyişikliyi mümkündür.
Zaur Xuduyev bildirir ki, gündən-günə rəqabətin artması da restoran qiymətlərinə təsir göstərə bilir.
Daha ətraflı videomaterialda: