Xəzər Xəbər

Ticarətçilər avtomobil kursunu ABŞ və Koreyadan Dubaya DƏYİŞİR VİDEO

Veb TV | 21:30 • 4 Fevral 2024
Ticarətçilər avtomobil kursunu ABŞ və Koreyadan Dubaya DƏYİŞİR

Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilən avtomobillərin sayı artmaqdadır.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Aslan Əsədli deyir ki, Qırmızı dənizdə baş verən hadisələr fonunda logistika şirkətləri yarana biləcək risklərdən yayınmaq üçün alternativ yollardan istifadə edirlər.

Bu da ABŞ və Koreyadan gətirilən avtomobillərin ünvana daha gec çatmasına səbəb olur. Bu səbəbdən müəyyən alıcılar daha çox Dubay bazarına üstünlük verməyə başlayıblar.

Avtomobil təmiri ilə məşğul olan ustaların fikrincə, Dubaydan gətirilən avtomobillərin, digərləri ilə müqayisədə nadir hallarda təmirə ehtiyacı olur. Nəqliyyat vasitələrinin gəmidəki konteynerdə qalma müddəti də onun keyfiyyətinə təsir edən amillərdən biridir. 

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov qeyd edib ki, vətəndaşların Dubay bazarına üstünlük verməsinin digər səbəbi aradakı qiymət fərqidir.

Mütəxəssis əlavə edib ki, hazırkı bazarda müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə də Dubay bazarından alınan avtromobillərin sayı üstünlük təşkil edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti