Torpağın altından keçən qaz xətti çürüyüb. Xətt çürdüyündən yerdəki su ətrafa yayılır.
Xezerxeber.az xəbər verir ki, Kürdəmir rayon Qaraqocalı kənd sakini Mais Nəsirovun sözlərinə görə illər öncə kəndə çəkilən qazın iki xətti onun həyətindən keçir. Həyətdən keçən xətt qəzalı vəziyyətə düşdüyündən qaz sızması baş verib.
Mais Nəsirov iddia edir ki, kənddə yeni qaz xətti çəkilən zaman köhnədən qalan materiyallardan istifadə olunub.
Borular da elə torpağın altındada qalıb.
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, abonentlər hasar çəkərkən, boru kəmərləri həyətyanı sahədə qalır. Bir müddət sonra isə belə problemlər yaşanır və qurum onlara xidmət göstərə bilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: