Günü-gündən siyasi arenada gücdən düşən Fransanın Cənubi Qafqaza atılmaq cəhdləri də boşa çıxır. Fransa indi sözün əsl mənasında hərbiləşdirmə siyasəti yürüdür. Bu ölkə hər gün Ermənistanı silahlandırır, geosiyasi intriqaları alovlandırır.
Bu azmış kimi beynəlxalq arenada Azərbaycana qarşı siyasət də yürüdür. Ancaq onun bu məkrli planı daim iflasa uğramaqdadır.
Mövzu ilə bağlı danışan millət vəkili Rasim Musabəyov deyir ki, Azərbaycan Frasanın Ermənistanın himayədarı qismində regiona girmək cəhdlərinə imkan verməyib və verməyəcək.
Millət vəkili deyir ki, Fransanın bütün cəhdləri uğursuzluqla nəticələnir. Ermənistana bir neçə hərbi avtomobil göndərmək, sərhədə gəlib binokl ilə baxmaqla heç nəyə nail olmayacaq.
Amma Fransa indiki vəziyyətdə Cənubi Qafqazda sülh müqaviləsi istiqamətindəki prosesi pozan əsas səbəbkardır.
Rasim Musabəyov bildirir ki, bütövlükdə, Fransanın bugünkü canfəşanlığı yalnız şoudan ibarətdir. Daim xəsis dövlət olub, indi də Ermənistana köhnəlmiş və lazım olmayan silahları verir. Bütün hallarda indiki Fransa Cənubi Qafqazda gücə çevrilmək iqtidarında deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: